Kateqoriyasız

Portuqaliyada Azərbaycan millisinin üzvünə sərt cəza

Portuqaliya Sequnda təmsilçisi “Eştoril”də çıxış edən Azərbaycanın U-21 millisinin hücumçusu Renat Dadaşov cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya Futbol Federasiyasının İdarə Heyəti Sequndanın 32-ci turunda “Akademiko Vizeu” ilə matçda qırmızı vərəqə alan futbolçuya 3 oyunluq cəza verib. 19 yaşlı futbolçu mövsümün qalan oyunlarında çıxış etməyəcək.

Dadaşov cari mövsüm Sequndada 22 oyuna (942 dəqiqə) 4 qol vurub. O, bu oyunların 2-də birbaşa qırmızı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43