16 Sentyabr 2024
Ölkə futbolu

“Portuqaliyadan “Qarabağ”a görə mənə zəng edirlər”

Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Konsantrasiya əskikliyinə görə görüşdə məğlub olduq. Hesabı qoruya bilməsək də, komandamla fəxr edirəm. Göstərdik ki, getdikcə daha da güclənirik. Premyer Liqada qala bilərik. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in qapıçısı İqor Rodriges “Qarabağ” matçı (1:2) barədə danışarkən deyib. Portuqaliyalı qapıçı həmin oyunda Yassin Benzia ilə girdiyi ikili mübarizədən də söz açıb:

“Həmin epizodda toqquşma baş verdi. Mənim ona qarşı müdaxiləm olmadı. Çünki mən topa oynamaq istəyirdim. Ayağımı ona tərəf uzatmamışdım. Ümumiyyətlə, həmin epizodda nə “qırmızı” nə də sarı vərəqə olmamalı idi”.

Portuqaliyalı qolkiper “Qarabağ”ın Avropa Liqa pley-off mərhələsindəki “Braqa” görüşü barədə də danışıb. O, təmsilçimizin şanslarını belə dəyərləndirib:

“Portuqaliyadan “Qarabağ”a görə mənə zəng edirlər. Dostlarm bu komanda barədə məndən soruşurlar, məlumat istəyirlər. Onlara “Qarabağ”ın güclü olduğu deyirlər. Məncə, turu keçməyə şansları var. Amma unutmayaq ki, “Braqa” Portuqaliyanın böyük klublarından biridir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43