Ölkə futbolu

Portuqaliyalı futbol əfsanəsi: “Azərbaycana qarşı oynamamışam”

Portuqaliyann gəlmiş-keçmiş ən güclü futbolçularından biri sayılan Eysebio həmyerlisi Ronaldo ilə müqayisə olunmasına münasibət bildirib.

"Rekor" nəşrinə danışan veteran futbolçu, Ronaldodan fərqli olaraq, Azərbaycan və Lüksemburq kimi komandalara qarşı oynamadığını bildirib:

 

“Mən millidə 60 oyuna 41 qol vurmuşam, Kriştiano isə 100-dən çox matçda 43 dəfə fərqlənib. Bundan başqa, Lixtenşteyn və Azərbaycan kimi komandalarla oyunlara çıxmamışam. Buna görə də, insanlar ciddi şəkildə məni Ronaldo ilə müqayisə edəndə çox məyus oluram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43