20 Sentyabr 2024
Ölkə futbolu

Portuqaliyalı futbolçu “Araz Naxçıvan”da – RƏSMİ

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernardo Oliveyra Dias (Benni) 2024/2025 mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. Benni buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeyras”, “Belenenseş”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43