Kateqoriyasız

Portuqaliyalı futbolçu “Qarabağ”ı gözləyir

“Qarabağ”ın Çl-dəki rəqibi Polşanın “Lex” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, Poznan təmsilçisi Portuqaliyanın “Belenenseş” klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşıb.

Rəsmi sözləşmənin yaxın günlərdə imzalanacağı bildirilir.

Qeyd edək ki, “Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43