19 Sentyabr 2024
Ölkə futbolu

Portuqaliyalı müdafiəçi bölgə klubunda

“Kəpəz” portuqaliyalı müdafiəçi transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, Dioqu Verdaşka mövsümün sonuna kimi Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

27 yaşlı oyunçunun son klubu İspaniyada Sequnda təmsilçisi “Mirandes” olub. “Portu”nun yetirməsi olan Dioqu Verdaşka İspaniyada “Saraqosa”, eləcə də “Beytar” (İsrail) və “Şlensk” (Polşa) klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43