“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda “sarı-göylər”in şərəfini qoruyacaq. 32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
“Pana” ləqəbli futbolçu ötən mövsüm “Səbail”də çıxış edib.