Almaniya ilə matçda zədələnən Portuqaliya millisinin futbolçuları Huqo Almeyda və Fabio Koentraonun son durumları bəlli olub.
İdmanxeber.com-un məlumatrına görə, həkim müayinəsindən sonra futbolçuların azı 10 gün yaşıl meydanlardan kənar qalacağı bəlli olub.
Millinin həkimi Enrike Yones Almeyda və Koentraonun ən tezi on günə sağala biləcəyini deyib.
Xatırladaq ki, Pepe dünən almanlarla oyunda qırmızı vərəqə aldığına görə, növbəti matçı buraxmalı olacaq.