Vilfred Zaha yayda Premyer Liqaya qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Vest Hem” və “Aston Villa” 31 yaşlı oyunçunu yaxından izləyir.
Zaha ötən ilin yayında azad agent kimi “Qalatasaray”a qoşulub. O, bu mövsüm bütün turnirlərdə 35 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.