Kateqoriyasız

Premyer Liqa klublarına lisenziyalar təqdim olundu

Bu gün AFFA-nın Futbol akademiyasında 2019-2020-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43