Dünya futbolu

Premyer Liqa klubu Asensionu istəyir

“Real”ın yarımmüdafiəçisi Marko Asensio Premyer Liqa klubu ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Aston Villa”ya keçə bilər. Komandanın baş məşqçisi Unay Emeri oyunçunu israrla heyətdə görmək istəyir. 

İngiltərə klubu ispaniyalı futbolçu üçün Madrid təmsilçisinə 8 milyon avro təklif etməyə hazırlaşır. “Kral klubu” Asensionu buraxmaq istəməsə də, 27 yaşlı yarımmüdafiəçi komandadan ayrılmaq istəyir.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. 

Asensio bu mövsüm La Liqada 27 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun statistikası buradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43