23 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqa klubu “Fənərbağça”ya “yox” dedi

“Fənərbağça”nın istədiyi futbolçu komandasında qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi bir müddətdir Lukas Moura ilə maraqlanır. Yerli mətbuat braziliyalının artıq “Fənərbağça”ya yaxın olduğunu yazırdı.

Ancaq təcrübəli futbolçunun “Tottenhem”də qalacağı məlum olub. Belə ki, London təmsilçisinin baş məşqçisi Antonio Konte onu buraxmaq istəməyib.

İtaliyalı mütəxəssisin 30 yaşlı futbolçunu hücum xəttində istifadə etmək istədiyi bildirilir.

Lukas Moura cari mövsüm “Tottenhem”də cəmi 8 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43