08 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa klubu legionerinə qapını göstərdi

“Kəpaz” qışda qapıçısı Vladislav Vasilyuçeklə yolları ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi belaruslu qapıçı ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verəcək. Artıq tərəflər arasında razılıq əldə olunub və yanvarda təcrübəli qapıçı özünə klub axtaracaq.

Qeyd edək ki, “Kəpəz” Vasilyuçeki yayda transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43