Ölkə futbolu

Premyer Liqa klubu onu hədəfə alsa da, “Kəpəz”ə sadiqlik göstərir

Belaruslu futbolçu Yeqor Xvalko karyerasını “Kəpəz”də davam etdirmək istəyir.

İdmanxeber.az-ın əldə etiyi məlumata görə, müdafiəçinin Gəncə klubu ilə müqaviləsi bitsə də, hələlik özünə yeni komanda axtarmır.

Xvalkonun öncəliyi “Kəpəz”dir. O, “sarı-göylər”də qalmaq niyyətindədi. Rəhbərlik hələlik təcrübəli müdafiəçi ilə təmasa keçməyib.

Bununla yanaşı, “Səbail” klubu oyunçunun xidmətində maraqlıdır. Paytaxt təmsilçisi artıq belarusluya təklif göndərib. 

Xvalko isə hələlik “Kəpəz”dən xəbər gözləyir. Əgər Gəncə təmsilçisi oyunçuya müqavilə təklif etməsə, futbolçu digər variantları nəzərdən keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43