Dünyadan

Premyer Liqa klubu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olan futbolçunu qovdu

Yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olduğuna görə həbs olunan “Sanderlend”in futbolçusu Adam Consona növbəti zərbə klubundan gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Sanderlend” Adam Consonla olan müqaviləni birtəfəli şəkildə pozub. 

28 yaşlı futbolçu iki yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün hazırda da məhkəmələr qarşısında sual-cavab edilir.

Qeyd edək ki, A.Conson 12 dəfə İngiltərə millisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43