20 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Premyer Liqa klubunda daha bir ayrılıq!

Növbəti mövsüm üçün heyətində islahatlar aparan “Araz-Naxçıvan” daha bir futbolçu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi Tural Bayramlı ilə başa çatan müqaviləni uzatmayıb. Klub bu ayrılığı yaxın günlərdə açıqlayacaq..

Qeyd edək ki, klub daha öncə Numan Kurdiç, Nqando Aksel, Mohammed Kadiri və Elvis Maşike ilə yolları ayırmışdı. 

Bundan başqa, “Araz-Naxçıvan”da icarə əsasında çıxış edən İldar Alekperovla Abdulla Rzayev isə “Sabah”a dönüblər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43