Dünya futbolu

Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton”un yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu vəzifəyə Maurisio Pelleqrino təyin edilib. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Pelleqrino son olaraq İspaniyanın “Alaves” klubu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43