Dünya futbolu

Premyer Liqa klubunun baş məşqçisi açıqlandı

İngiltərənin “Nottingem Forest” klubunun yeni baş məşqçisi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, komandanı portuqaliyalı mütəxəssis Nuno Espirito Santo çalışdıracaq

49 yaşlı portuqaliyalı ilə 2 il yarımlıq müqavilə imzalanıb. O, şənbə günü baş tutacaq Premyer Liqanın 18-ci turunda “Bornmut”la oyunda komandanın baş məşqçisi kimi debüt edəcək.

17 turdan sonra “Nottingem Forest” Premyer Liqanın turnir cədvəlində 14 xalla 17-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43