“Atalanta”da çıxış edən Ederson bu mövsümkü performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”, “Nyukasl” və “Tottenhem” oyunçunu yaxından izləyir. “Atalanta” 24 yaşlı oyunçu üçün 40 milyon avro tələb edir.
“Mançester Yunayted” və “Liverpul” da braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Ederson bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 6 qol vurub.