Premyer Liqa

Premyer Liqa: son 10 ildə 7-ci dəfə

Topaz Premyer Liqasının 23-cü turu heç-heçələrin çoxluğu ilə əlamətdar olub. 

İdmanxeber.com-un məlumatına görə, baş tutan 5 qarşılaşmadan dördündə bərabərlik qeydə alınıb. Yalnız “Sumqayıt”la “Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan sahibləri qalib gəlib.

Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə qeydə alınıb. “Neftçi”nin “Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi 13-cü turda da 1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə “sülh” qeydə alınmışdı.

2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə 7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri bərabərliklə nəticələnib. 2005/06 mövsümündə 11-ci, 2009/10 mövsümündə 21-ci, 25-ci və 29-cu, 2012/13 mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43