Kateqoriyasız

Premyer Liqa: VII turun 4 oyunu canlı yayımda

Azərbaycan Premyer Liqasının VII turunun 4 oyunu canlı yayımla azarkeşlərə göstəriləcək.

Sentyabrın 20-də “Qəbələ” – “Rəvan” matçı saat 17:00-dan etibarən “İdman Azərbaycan”nın efirində olacaq.

21 sentyabr, saat 17:00-da isə “Qarabağa” – Simurq”, bundan iki saat sonra isə “Şəfa” stadionunda “İnter” – “Bakı” oyunu həmin kanalda nümayiş etdiriləcək.

Sözügedən kanal  bazar günü saat 16:00-da oynanılacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasını da təqdim edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43