Premyer Liqa

Premyer Liqa, XXIII tur: Üç oyun canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının XXIII turunun üç oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, eyni gündə baş tutacaq matçlardan "Qəbələ" – "Xəzər Lənkəran" (saat 17:00)  və "Neftçi" – "Qarabağ" (19:00) oyunları İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.

"Simurq" – "Sumqayıt" qarşılaşması isə Zaqatala təmsilçisinin klub TV-sində canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43