Dünya futbolu

Premyer Liqada ən yaxşı baş məşqçi

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa”nın çalışdırıcısı Unay Emeri hamını qabaqlayıb. O, apreldə keçirdiyi 7 oyunda 5 qələbə, bir heç-heçə və bir məğlubiyyət alıb.

Emeri Pep Qvardiola (“Mançester Siti”), Roy Hocson (“Kristal Pelas”) və Eddi Nau (“Nyukasl”) kimi mütəxəssisləri üstələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43