Premyer Liqa

Premyer Liqada 11-ci hakim

Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk dəfə baş hakim kimi meydana çıxıb.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə Topaz Premyer Liqasında matç idarə edib.

Əhmədov 18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13 mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana çıxıb.

Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında rekord isə Əliyar Ağayevə məxsusdur. FİFA hakimi 16 matçda iş başında olub. Premyer  Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi oyun sayını 70-ə çatdırıb.

Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan 13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də, 2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.

Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci hakim olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Berti Foqts: “Meydanda taktiki mübarizə gedirdi”

admin

AZAL – “Sumqayıt”: CANLI YAYIM

admin

“Böyük oyun”da yenə “Neftçi” qələbə qazandı (YENİLƏNİB)

admin