Kateqoriyasız

Premyer Liqada 20-ci, “Neftçi”də 30-cu

“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer Liqanın 19-cu turunun “Sumqayıt”la oyununda dubla imza atıb.

İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub.

Emin Premyer Liqada 20-ci qolunu vurub. O, Azərbaycan çempionatında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran yarımmüdafiəçi 109-cu matçını keçirib.
Mahmudovun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən “Neftçi”də çıxış edən Emin həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.

“Neftçi” bu görüşdə 2:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43