Premyer Liqa

Premyer Liqada 32-ci tur: Hakim təyinatları açıqlandı

Azərbaycan Premyer Liqada 32-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi görüşü “Zirə” – “Qarabağ” matçı Orxan Məmmədova həvalə olunub.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçındakı idarəçiliyinə görə tənqid olunan Əliyar Ağayev bu tur Premyer Liqa matçlarına təyinat almayıb.

30 aprel (şənbə)

“Kəpəz” – “Rəvan”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov

Gəncə şəhər stadionu, 15:00

AZAL – “Xəzər Lənkəran”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AZAL Arena, 17:30

1 may (bazar)

“Qəbələ” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov

Qəbələ şəhər stadionu, 16:30

“Zirə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov

Zirə İdman Kompleksinin stadionu, 19:00

“İnter” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov

“İnter Arena”, 16:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43