Dünya futbolu

Premyer Liqada ayın ən yaxşıları məlum oldu

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşılarının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, ötən ayın ən yaxşı futbolçusu adına “Everton”un hücumçusu Romelu Lukaku layiq görülüb. Belçika millisinin üzvü Premyer Liqada mart ayında meydana çıxdığı 3 matçda 4 dəfə rəqib qapıçıları məyus edib və həmçinin, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ayın ən yaxşı baş məşqçisi isə “Bornmut”u çalışdıran Eddi Hau seçilib.

Ayın ən yaxşı qolu mükafatını Andros Taunsend qazanıb. İngiltərə millisinin üzvünün “Vest Bromviç”ə vurduğu qol ən yaxşı seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43