Premyer Liqa

Premyer Liqada həyəcan qaldığı yerdən davam edir: XIX turun bütün oyunları canlı yayımda!

Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.

İdmanxeber.com-un məlumatına görə, bu həftə XIX turun oyunları start götürəcək.

Baş tutacaq 4 qarşılaşmanın 3-ü canlı yayımlanacaq. Yanvarın 30-da keçiriləcək “İnter” – “Sumqayıt” və fevralın 1-də baş tutacaq “Bakı” – “Qəbələ” qarşılaşmalarını “İdman Azərbaycan”, yanvarın 31-də oynanılacaq AZAL – “Neftçi” matçını isə AzTV canlı yayımla azarkeşlərə nümayiş etdirəcək. 

Turun televiziya vasitəsi ilə canlı yayımlanmayacaq “Simurq” – “Xəzər Lənkəran” oyunu isə Zaqatala təmsilçisinin klub  TV-sindən izləmək mümkün olacaq. 

Premyer Liqa

XIX tur

30 yanvar

18.00 İnter – Sumqayıt (İdman Azərbaycan)

“İnter Arena”.

31 yanvar

16.00 AZAL – Neftçi (Az.TV)

“AZAL Arena”.

1 fevral

14.00 Bakı – Qəbələ

“Bakı”nın təlim-məşq bazasının stadionu.

17:00 “Simurq” – “Xəzər Lənkəran”

Zaqatala şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43