Dünya futbolu

Premyer Liqada ilin rəmzi heyəti açıqlandı 

ESPN portalı 2023-cü ildə Premyer Liqanın simvolik komandasını dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, ilin sonunda İngiltərə çempionatının ən yaxşı oyunçularından ibarət komandaya aşağıdakı futbolçular daxil edilib

Qapıçı: Emiliano Martines (Aston Villa);

Müdafiəçilər: Den Birn (Nyukasl), Esri Konsa (Aston Villa), Uilyam Saliba (Arsenal), Kayl Uoker (Mançester Siti);

Yarımmüdafiəçilər: Martin Odeqaard və Deklan Rays (hər ikisi Arsenal), Rodri (Mançester Siti);

Hücumçular: Hın Min Son (“Tottenhem”), Erlin Haaland (“Mançester Siti”) və Məhəmməd Salah (“Liverpul”).

2023/24 mövsümündə Premyer Liqaya 19 oyundan 42 xalla “Liverpul” başçılıq edir. 18 oyundan sonra 40 xal toplayan “Arsenal” ikinci, 19 oyun keçirən “Aston Villa” 39 xalla ilk üçüncü sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43