Premyer Liqa

Premyer Liqada komandaların sayı artırıldı

AFFA İcraiyyə komitəsi Premyer Liqada çıxış edən komandaların sayında dəyişiklik edib. 

Yeni qərara əsasən, növbəti mövsümdən çempionatda iştirakçılarının sayı 12 olacaq.

Beləliklə, cari mövsümün yekunlarına əsasən, heç bir komanda Premyer Liqanı tərk etməyəcək. İkinci Divizionun ən yaxşı iki komandası isə növbəti mövsümdən Premyer Liqada mübarizəyə qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43