Kateqoriyasız

Premyer Liqada mövsümün baş məşqçisi

Pep Qvardiola Premyer Liqada mövsümün baş məşqçisi seçilib.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti” ispaniyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl 3-cü dəfə çempion olub. Qvardiola isə 4 dəfə bu mükafata layiq görülüb.

Bu göstəriciyə görə o, Joze Mourinyo və Arsen Vengeri qabaqlayıb.

Təcrübəli mütəxəssis yalnız 11 dəfə mükafat alan Aleks Ferqyusondan geri qalır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43