Ölkə futbolu

Premyer Liqada növbəti QALMAQAL: “Rəvan”ın məşqçisi “İnter”in futbolçusuna hücum çəkdi – FOTO+VİDEO

Premyer Liqanın 20-ci turunda bu gün “Rəvan” – “İnter” oyununda qalmaqal yaşanıb. Qarşılaşmanın 90+4-cü dəqiqəsində qonaq komanda penalti zərbəsi ilə hesabda önə keçib. Qoldan sonra “İnter”in gürcü müdafiəçisi Laşa Salukvadzenin “Rəvan”ın məşqçiləri qarşısında etdiyi ədəbsiz hərəkət qarşı tərəfin kəskin etirazına səbəb olub. “Rəvan”ın məşqçisi Füzuli Məmmədov gürcü legionerin bu hərəkətinə görə onun üzərinə hücum edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43