Dünya futbolu

Premyer Liqada “Qızıl əlcək” mükafatının sahibi müəyyənləşdi

“Çelsi”nin qapıçısı Tibo Kurtua İngiltərə Premyer Liqasının yekununa əsasən, “Qızıl əlcək” mükafatına layiq görülüb.

Belçikalı futbolçu bu mövsüm 16 quru oyun keçirib. O, Uqo Lyoris (“Tottenhem”, 15 oyun) və David de Xeanı (“Mançester Yunayted”,14) qabaqlayıb.

Kurtua 2014-cü ildən sonra bu mükafatı qazanan ilk “Çelsi”li qapıçı olub. Həmun il “Qızıl əlcəy”ə Peter Çex layiq görülmüşdü.

Bu mövsüm Premyer Liqanın qalibi “Çelsi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43