Ölkə futbolu

Premyer Liqada rekord təkrarlandı

Misli Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43