Kateqoriyasız

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vuruldu 

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. 

İdmanxeber.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə keçirilib. “Zirə” “Şamaxı” ilə qolsuz bərabərə qalıb, “Qəbələ” isə “Sabah”la heç-heçə edib – 1:1. Bu nəticələrdən sonra “Zirə” 47 xalla çempionatı 3-cü pillədə başa vurub. “Qəbələ” 45 xalla 4-cü olub.  “Sumqayıt” “Səbail”i qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. “Qarabağ” isə “Neftçi”ni qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” 3 tur öncə çempionluğu rəsmiləşdirib. “Neftçi”, “Zirə” və “Qəbələ”nin isə növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazandığı müəyyənləşib. “Neftçi” yarışda 2-ci yeri təmin edib. Mükafatçılar sırasına düşən komandalar bu gün təltif olunacaqlar.

21 may (şənbə)

 

19:30. “Qarabağ” – “Neftçi” – 4:1

Qollar: Patrik Andrade, 5 (1:0), Kadi Borqes, 10 (2:0), Patrik Andrade, 14 (3:0), Brkiç, 57-avtoqol (4:0), Ramon Maçado, 71 (4:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Azersun Arena

19:00. “Sumqayıt” – “Səbail” – 5:0 

Qollar: Anatoli Nuriyev, 4, Əli Qurbani, 35, 42, Elvin Bədəlov, 51, Vüqar Bəybalayev, 86
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
“Kapital Bank Arena”

17:00. “Zirə” – “Şamaxı” – 0:0 

Qırmızı vərəqə: Keyta, 87-birbaşa qırmızı vərəqə (“Zirə”)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah” – 1:1

Qollar: Murad Musayev, 68 (1:0), Aleksey Kaşuk, 86 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 42-34 41
6 Sumqayıt 28 5 7 16 22-46 22
7 Şamaxı 28 5 7 16 25-49 22
8 Səbail 28 4 3 21 17-57 15

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43