Ölkə futbolu

Premyer Liqadakı uçurum: “Qarabağ” göz oxşayır, “Sumqayıt” rüsvay olur

Klubların geridə qalan 18 turda göstərdiyi nəticələr diqqətdən yayınmır. 

Premyer Liqada qış çempionu olan "Qarabağ" 18 turdan sonra AZAL-la birgə ard-arda ən çox qələbə qazanan klublardı. Hər iki komanda geridə qalan turlar ərzində hərəyə 4 ardıcıl qələbə qazanıb. Özü də "köhlən atlar" "təyyarəçilər"dən fərqli olaraq bu nəticəyə 2 dəfə nail olub. 

Ümumilikdə Ağdam təmsilçisi bərabərliklər də nəzərə alınmaqla 11 tur məğlubiyyət üzü görməmişdir. Bu nəticə ilə Qurban Qurbanovun yetirmələri digər 9 klubdan daha üst sırada dayanır. 

"Sumqayıt" isə ilk dövrəni acı nəticələrlə başa vurdu. Premyer Liqanın autsayderi ardıcıl 5 məğlubiyyət almaqla tarixinin ən acı rekordlarından birinə imza atıb.

"Gənclik şəhəri"nin təmsilçisi ilk qələbəsindən sonra 15 oyun 3 xal üzünə həsrət qalıb. Bunun məntiqi nəticəsi kimi 7 xalla sonuncu pillədə qərarlaşıb.

Ramid Mirzəyev

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43