Ölkə futbolu

Premyer Liqamız neçənci yerdədir ? – reytinq cədvəli

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını açıqlayıb.

Topaz Premyer Liqası  306 xalla dünya reytinqində 70-ci pillədə qərarlaşıb. Çempionatımız 2017-ci illə müqayisədə 20 pillə geriləyib.

Siyahıda 1256 xalla İspaniya La Liqası birincidir. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdür.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43