Kateqoriyasız

Premyer Liqamız üçün acınacaqlı durum: cəmi 3700 azarkeş

Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilən 4 matçı cəmi 3700 tamaşaçı stadiondan canlı olaraq izləyib.

İdmanxeber.com-un məlumatına görə, turun ən çox azarkeş izlədiyi oyun isə “İnter” – “Qarabağ” matçı olub. Liderlərin oyununu 1700 azarkeş izləyib. 

Turun ikinci ən çox azarkeş toplayan matçı isə, 1000 azarkeşlə “Sumqayıt” – “Xəzər Lənkəran” (2:0) olub. “Bakı” – “Neftçi” oyununa 800, AZAL- “Simurq” qarşılaşmasına isə 200 azarkeş toplaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43