Ölkə futbolu

Premyer Liqamızda 1 dəqiqəlik sükut

Topaz Premyer Liqada 2018-2019 mövsümünün ikinci yarısının ilk turu  bir dəqiqəlik sükutla başlayacaq.

Buna səbəb “Qarabağ”ın təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirovun dünyasını dəyişməsidir.

15-ci turun bütün qarşılaşmalarında A. Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Artıq Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, 15-ci turun oyunları 2-3 fevralda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43