Kateqoriyasız Premyer Liqa

“Qarabağ” “Keşlə”ni darmadağın etdi, Sumqayıtda heç-heçə – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə də iki görüş baş tutub.

Öncə Sumqayıtda “Neftçi” eyniadlı komandanın qonağı olub. Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb.

Tura Suraxanıda yekun vurulub. Burada “Qarabağ” “Keşlə” ilə münasibətlərə aydınlıq gətirib. Görüş Ağdam klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
VIII tur

1 noyabr

14:00. “Sumqayıt” – “Neftçi” – 0:0
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Keşlə” – 5:1
Qollar: Filip Ozobiç, 4, 60, Bədavi Hüseynov, 12, Kvabena Ovusu, 38, Mahir Emreli, 65 – Vüsal İsgəndərli, 26

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43