Ölkə futbolu

Premyer Liqamızda bugün keçiriləcək oyunlara necə baxaq?

Premyer Liqanın XII turunda bugün keçiriləcək 4 qarşılaşmanın 3-ü canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, futbolsevərlər 16:00-dan etibarən AZAL – “Qəbələ”, bu oyundan dərhal sonra isə “İnter” – “Xəzər Lənkəran” (18:00) matçını “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı izləyə bilərlər. 

Zaqatalada keçiriləcək “Simurq” – “Neftçi” oyununu birincilərin rəsmi saytı vasitəsi ilə canlı izləmək mümkün olacaq.

20 noyabr

16:00 ”AZAL” – “Qəbələ” – İdman Azərbaycan

17:00 “Simurq” – “Neftçi” – “Simurq” klubunun rəsmi saytı

18:00 ”İnter” – “Xəzər Lənkəran” – İdman Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43