Premyer Liqa

Premyer Liqamızda daha 2 tur təxirə salınır

Azərbaycan Premyer Liqasının daha 2 – 23 və 24-cü turları təxirə salınacaq.

Bu haqda Peşəkar Futbol Liqasından bikdirilib. O, xatırladıb ki, koronavirusa görə ölkədə bütün idman qurğularının fəaliyyəti, kütləvi tədbirlər apreli 14-nə kimi dayandırılıb. “PFL də bu qərardan kənarda qala bilməz. Ona görə də daha iki turun oyunu başqa vaxta keçiriləcək”.

Xatırladaq ki, dünən Peşəkar Futbol Liqası 21 və 22-ci turların oyunlarının təxirə salınması barədə qərar verib. Əlavə edək ki, 23-cü tur 4-5 aprel, 24-cü tur 11-12 apreldə keçirilməli idi.

Bundan başqa, birinci divizionda da təkcə 20 deyil, 21 və 22-ci turlar da başqa vaxta keçirilir.

Oxşar xəbərlər

“Sumqayıt” AZAL-la oyuna itkilərlə hazırlaşır

admin

“Rəvan” “Xəzər Lənkəran”ı da xalsız qoydu – VİDEO

admin

“Xəzər Lənkəran” – “Qəbələ” matçının başlama saatı açıqlandı

admin