Ölkə futbolu

Premyer Liqamızda dopinq testi olacaq

Bu gün AFFA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşılıqlı Anlaşma haqqında Memorandum imzalanıb. İdmanxeber.com-un məlumatına görə, tədbir assosiasiyanın inzibati binasında təşkil olunub.
 

AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

 

affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43