Kateqoriyasız

Premyer Liqamızda mövsümün ilk yarısına yekun vuruldu

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, XIV turun sonun oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə” “Səbail”i 4:1 hesabı ilə məğlub edib. “Sumqayıt” öz meydanında “Qəbələ” ilə qollu heç-heçəyə razılaşıb – 1:1.

Son qarşılaşma “Sabah”la “Neftçi” arasında baş tutub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun açılış oyununda “Qarabağ” “Keşlə” ilə heç-heçəyə razılaşmışdı – 2:2.

Azərbaycan Premyer Liqası
XIV tur
8 dekabr

15:00. “Zirə” – “Səbail” – 4:1
Qollar: Nicat Süleymanov, 5, 20, Adrian Skarlatake, 60, Tellur Mütəllimov, 89 – Eriko da Silva, 78

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu

15:00. “Sumqayıt” – “Qəbələ” – 1:1
Qollar: Peyman Babayi, 31 (pen.) – Fernan Lopes, 23

Qırmızı vərəqələr: Anar Nəzirov, 65, Qismət Alıyev, 86 (hər ikisi “Qəbələ”)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Sumqayıt. “Kapital Bank Arena”

17:00. “Sabah” – “Neftçi” – 0:2
Qollar: 
Anton Krivotsyuk, 45+2, Stiven Monroz, 90+3

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Masazır. “Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43