Kateqoriyasız

Premyer Liqamızda son tur: Oyunların vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün sonuncu turunun oyun cədvəli açıqlanıb.

İdmanxeber az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

Çempionatda mövsümün son oyunu olacaq “Neftçi” – “Qarabağ” görüşündən sonra  mükafatlandırma mərasimi təşkil olunacaq. “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq.

11 may (şənbə)

15:00. “Səbail” – “Keşlə”
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə”
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, (CBC Sport/canlı)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43