Kateqoriyasız

Premyer Liqamızda turun ən yaxşı oyunçusu

Azərbaycan Premyer Liqasında 2-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.

Bu, “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin üzvü “InStat”ın təhlilinə əsasən 321 göstərici ilə hamını qabaqlayıb.

“Qəbələ” ilə görüşdə (3:0) 90 dəqiqə meydanda olan Mustafazadə komandasının 2-ci qolunu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43