Ölkə futbolu

Premyer Liqamızda turun oyunçusu

İnStat Sport”un təhlilinə əsasən Topaz Premyer Liqasının VII turunun ən yaxşı oyunçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviçdir. “Qəbələ”yə qarşı keçirilən oyunda serb futbolçu komandasına qələbə qazandıran qolun müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudur.

Qeyd edək ki, “Zirə” – “Qəbələ” matçı paytaxt klubunun 1:0 hesablı qalibiyyəti ilə başa çatıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43