Kateqoriyasız

“Sabah”dan qələbə, “Zirə” uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki görüş baş tutub.
Günün ilk oyunu Masazırda keçirilib. Burada “Sabah” “Səbail”i qonaq edib.
Görüş meydan sahibi “Sabah”ın inamlı qələbəsi ilə yekunlaşıb.
Turun qapanış matçında da iki paytaxt təmsilçisi – “Keşlə” və “Zirə” qarşılaşıb. Bu matçda da meydan sahibi komanda – “Keşlə” qələbəyə sevinib
Turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”a evdə 2:0, “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:0 hesabıyla üstələyib.
Azərbaycan Premyer Liqası
VI tur

29 sentyabr (bazar)

19:45. “Keşlə” – “Zirə” – 2:0
Qol:
 Ruslan Qurbanov, 53, Lorenso Frutos, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“ASCO Arena”

17:30. “Sabah” – “Səbail” – 3:0
Qollar:
 Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+4
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43