Premyer Liqa

Premyer Liqamızda XV turun bütün oyunları canlı yayımda

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutacaq 4 qarşılaşmanın hamısı canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” – “Neftçi” matçını İdman Azərbaycan, “İnter” – AZAL oyununu isə AzTV canlı yayımlayacaq.

“Xəzər Lənkəran” – “Qəbələ” matçı “Xəzər Lənkəran TV”-də canlı yayımlayanacaqsa, “Sumqayıt” – “Simurq” qarşılaşması Zaqatala klubunun rəsmi TV-si vasitəsi ilə azarkeşlərə birbaşa nümayiş etdiriləcək.

15:15. “Qarabağ” – “Neftçi” – “İdman Azərbaycan”

16:00. “Sumqayıt” – “Simurq” – “Simurq TV”

17:00. “Xəzər Lənkəran” – “Qəbələ” – “Xəzər Lənkəran TV”

17:15. “İnter” – AZAL – AzTV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43