Premyer Liqa

Premyer Liqamızda XXIV tur: 4 matçdan 3-ü canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının XXIV turuna start verilib.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları bugün keçiriləcək.

Baş tutacaq 4 qarşılaşmadan 3-ü canlı yayımlanacaq. Belə ki, “İnter” – “Simurq” (saat 15:00) və “Qarabağ” – “Qəbələ” (saat 17:00) qarşılaşmaları İdman Azərbaycan vasitəsi ilə canlı yayımlanacaq. 

Lənkəranda baş tutacaq “Xəzər Lənkəran” – “Bakı” (saat 17:00) matçı isə Cənub təmsilçisinin klub TV-si vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43